Zelenski rus jurnalistə söyüşlə cavab verdi - "Raketlə gələcəyəm, bl..." + VİDEO
Nyu-Yorkda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı jurnalistin Moskvaya nə vaxt gedəcəyi ilə bağlı sualına gözlənilməz cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, BMT Baş Assambleyası çərçivəsində Zelenskiyə yaxınlaşan Rusiyanın dövlət televiziyasının müxbiri Valentin Boqdanov dəfələrlə “Moskvaya nə vaxt gələcəksiniz?” sualını təkrarlayıb.
Zelenski əvvəlcə suala reaksiya verməyib. Jurnalistin sualı ard-arda təkrarlamasından sonra isə ona dönərək “Raketlə gələcəyəm, bl...” cavabını verib.
Videoda daha sonra söyüş xarakterli digər ifadənin səsləndiyi də eşidilir.
Səlcuq