"Heç yeridir? Şəhidlər Xiyabanında bunu müzakirə edəcəyik?" - Sual meri qəzəbləndirdi 

Şəhidlər Xiyabanını ziyarət edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Jan 20, 2025 - 08:44
"Heç yeridir? Şəhidlər Xiyabanında bunu müzakirə edəcəyik?" - Sual meri qəzəbləndirdi 

SAVASHMEDİA.az olkə.az-a istinadla xəbər verir ki, Bakı meri sadəcə bir neçə kəlmə deməklə kifayətlənib:

"Şəhidlər Xiyabanında dayanıb söküntünü müzakirə edəcəyk? Yeridir? Allah şəhidlərimizə rəhmət eləsin. Ardıcıllıqla şəhər inkişafdadır. Bu proses baş plan əsasında reallaşdırılır. Hesab edirəm ki, bu gün bu ağır gündə burada, bu müqəddəs yerdə bu məsələni müzakirə etmək olmaz. Bağışlayın", - deyə o söyləyib.