Ərdoğan Administrasiyasından İsa Arasla bağlı TƏCİLİ AÇIQLAMA - Sağdır?
Kahramanmaraşda qətliam törədən İsa Aras Mersinlinin ölmədiyi ilə bağlı iddialar yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, iddialara səbəb cinayətkarı zərərsizləşdirən şəxslərin onu polisə təhvil verərkən sağ olduğunu demələridir.
Eyni zamanda, İsa Aras Mersinlinin nəşinin zirehli maşınla aparılması onun yaşadığı ilə bağlı şübhələri daha da artırıb.
İddialar barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya Mərkəzi açıqlama yayıb.
“Bəzi sosial media və rəqəmsal platformalarda yayılan və Kahramanmaraşdakı faciəvi hadisəni törədən şəxsin (İsa Aras Mersinlinin –red) ölmədiyi ilə bağlı iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Sözügedən cinayətkarla bağlı hüquqi və tibbi prosedurlar tamamlanıb və həmin şəxs aprelin 16-da dəfn olunub” – açıqlamada bildirilib.
Xatırladaq ki, aprelin 15-də VIII sinif şagirdi İsa Aras Mersinli oxuduğu Ayser Çalık adına orta məktəbdə silahlı insident törədib. Hadisə nəticəsində 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb. İsa Aras Mersinli isə məktəbdə oxuyan şagirdlərdən birinin valideyni tərəfindən ayağından aldığı bıçaq zərbəsi nəticəsində qanaxmadan ölüb. Hadisə ilə bağlı İsa Aras Mersinlinin atası, polis məmuru Uğur Mersinli saxlanılıb.
Banu