Zelenski Trampla görüşə yollanır
ABŞ prezidenti Donald Tramp bazar günü ukraynalı həmkarı Vladimir Zelenski ilə Mar-a-Laqodakı iqamətgahında görüşəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Axios"-un müxbiri Barak Ravid sosial media hesabında Ukrayna rəsmisinə istinadən məlumat yayıb.
Volodimir Zelenski Trampla tezliklə görüşəcəyini təsdiqləsə də tarix və yer barədə məlumat verməyib:
“Prezident Trampla görüş barədə razılığa gəldik. Yeni ilə qədər çox şey qərarlaşdırıla bilər”, - deyə Zelenski bildirib.
Səlcuq