Aqil Abbas "Qarabağ"a görə Ağcabədidəki qardaşına zəng edib - "Qurban kəs"
Məlum olduğu kimi, Milli Məclisin deputatı Aqil Abbas "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağı təqdirdə qurban kəsəcəyini demişdi.
SAVASHMEDİA.az xəbər verir ki, o, vədini yerinə yetirib.
Bununla bağlı açıqlama verən deputat qurbanın Ağcabədidə kəsildiyini bildirib:
"Qurban kəsməyi əhd etmişdim. Ağcabədidəki qardaşıma zəng etdim ki, qurban kəsib paylasın. Qardaşı rayonumuzdakı seyid Heydər Ağanın həyətində qurban kəsib paylayacaq. Çünki bu, Azərbaycan fubolunun inkişafıdır. Qarabağ və Qurban Qurbanov sübut etdi ki, Azərbaycanda da futbol var. Bütün dünya "Qarabağ" adlı furtbolun mövcudluğu ilə hesablaşır”.
Aytən İbrahimov