Ən çox evlənmə bu rayonlarda qeydə alınıb - Statistika

Xəbər verdiyimiz kimi, ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 49508 nikaha daxilolma qeydiyyata alınıb.

Feb 22, 2025 - 16:23
Ən çox evlənmə bu rayonlarda qeydə alınıb - Statistika

SAVASHMEDİA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Dağlıq Şirvan (5,6), Qarabağ (5,5), Mil-Muğan (5,4), Lənkəran-Astara (5,1), Bakı şəhəri, Qazax-Tovuz və Şirvan-Salyan (5,0) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.

Qeyd edək ki, ötən il 21384 boşanma halı qeydə alınıb.