Britaniya geri çəkildi - ABŞ Hörmüzdə tək qalır?

Böyük Britaniya ABŞ-nin Hörmüz boğazında planlaşdırdığı hərbi missiyaya qoşulmayacağını açıqlayıb.

Apr 12, 2026 - 22:40
Britaniya geri çəkildi - ABŞ Hörmüzdə tək qalır?

Məlumata görə, London Vaşinqtonun hazırladığı əməliyyatda iştirakdan imtina edib və bu qərar artıq rəsmi şəkildə təsdiqlənib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl ölkəsinin Hərbi Dəniz Qüvvələrinin bir sıra müttəfiqlərlə birlikdə Hörmüz boğazında blokadaya başladığını bəyan etmişdi.

Lakin Britaniyanın geri çəkilməsi Vaşinqtonun bu kritik addımda tək qala biləcəyi ilə bağlı sualları artırır.

Aytən

SAVASHMEDİA.az