Məşhur aparıcı vəfat etdi - Foto

Rusiyanın məşhur teleradio aparıcısı Aleksey Vesyolkin 64 yaşında vəfat edib.

Mar 27, 2025 - 14:32
Mar 27, 2025 - 14:34
Məşhur aparıcı vəfat etdi - Foto

SAVASHMEDİA.az xəbər verir ki, "Dağların kralı", "16 yaşdan aşağı və yuxarı", "Uşaq saatı" və "50x50" kimi çoxsaylı televiziya şoularının ulduzu bir ildən artıqdır ki, qan xərçəngindən əziyyət çəkib.

Məlumata görə, Vesyolkin dünən axşam saatlarında Moskvadakı mənzilində leykoz xəstəliyindən dünyasını dəyişib.

Mərhumun meyitini həyat yoldaşı tapıb.

Həmkarı Sergey Stillavinin dediyinə görə, Aleksey sona qədər sağalacağına inanıb və efirə çıxmaq istəyib.

Fotoda: Aleksey Vesyolkin