İmamoğlu örtük fotosunu dəyişdirdi - Silivridən mesaj var + FOTO
Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu sosial media hesabında örtük fotosunu təzələyib.
SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlu Facebook, X və Youtube-da örtük şəkillərini dəyişib.
Belə ki, CHP-nin ilkin prezident seçkilərində 15,5 milyon səs toplayan İmamoğlu örtük fotosunda “Prezidentliyə namizəd Əkrəm İmamoğlu 15,5 milyon səslə” ifadəsinin yer aldığı fotonu paylaşıb.
İmamoğlunun 2,3 milyon izləyicisi olan Facebook, 9,7 milyon izləyicisi olan X və 765 min abunəçisi olan Youtube hesabındakı yeni örtük şəklini təqdim edirik:
Oğuz