İlham Əliyevlə birinci xanım Şuşada açılışlarda iştirak etdi

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mar 27, 2025 - 13:29
İlham Əliyevlə birinci xanım Şuşada açılışlarda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib.

SAVASHMEDİA.az xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.