Xameneini o əvəz etdi - Müctəba yoxdur
Bu gün Tehranda Ramazan bayramı namazı Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbərinin imamətində qılınıb.
SAVASHMEDİA.az İran mediasına istinadən xəbər verir ki, bayram namazı yerli vaxtla saat 08:00-da İmam Xomeyni Müsəlləsində əhalinin müxtəlif təbəqələrinin iştirakı ilə qılınıb.
Qeyd edək ki, hər il bayramı namazı martın 1-i ABŞ-İsrail hücumları nəticəsində həlak olan mərhum Ali Lider Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi ilə qılınırdı.
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei isə hələ də ictimaiyyət qarşısına çıxmayıb. Onun ağır yaralandığı və hərəkət qabiliyyətini itirdiyi iddia olunur.
Oğuz