“İngiliscə deyil, almanca danışın” - Putin
Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Gerhard Şröderin doğum günü şənliyində iştirak etmiş Kuban kazak xorundan danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Rusiya liderinin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında baş verib
Onun sözlərinə görə, həmin şənlikdə bütün musiqi qrupları ingilis dilində mahnılar ifa ediblər, yalnız Kuban kazak xoru alman dilində oxuyub.
“Alman dilində oxuyan yalnız bir qrup var idi – özümlə apardığım Kuban kazak xoru. Kazaklar dedilər ki, almanlara hörmət məqsədilə mahnını Almaniyanın dogma dilində öyrəniblər”, - deyə prezident xatırladıb.
Rusiya lideri bunu Almaniyadan olan bir iş adamının ona ingilis dilində sual verməsindən sonra diqqətə çatdırıb.
Xatirə SADİQ