"Olimpik Lion"un sahibi kimə "ev iti" dedi?
"Olimpik Lion"un sahibi Con Tekstor Liqa 1-in rəhbərliyini və PSJ-nin prezidenti Nasser Əl-Xelaifini sərt tənqid edib.
SAVASHMEDİA.az fanat.az-a istinadla xəbər verir ki, klub funksionerinin dediklərini ESPN belə təqdim edib:
"PSJ prezidentinin institusional müdafiəsi barədə heç məlumatım da yox idi. Bu adamın Avropa Klublar Assosiasiyasındakı üstünlüyünə belə diqqət yetirməmişdim. Əl-Xelaifini Liqa 1-də iştirak edən klub prezidentlərinin teleyayınla bağlı müzakirə üçün görüşündə görəndə şoka düşdüm. Vinsent Labrun (Liqa 1-in prezidenti) demək olar ki, həmişə susurdu. Kimsə ideya, alternativ fikir irəli sürmək istəyən kimi Nassir onlara cavab verir, qorxudub ələ salırdı. Liqanın prezidenti isə "ev iti" kimi oturub susdu”.
"Olimpik Lion" 17 turdan sonra 28 xala lturnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
Qeyd edək ki, maliyyə çətinliklərinə görə "şirlər" 2024/25 mövsümünün sonunda Liqa 2-yə düşə bilər .