17 dəqiqəyə 4 qol? - AFFA bu oyundan şübhələnib
AFFA rəhbərliyi Azərbaycan I Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Şimal” (3:4) oyunu ilə bağlı araşdırmalara başlayır.
SAVASHMEDİA.az xəbər verir ki, paytaxt təmsilçisinin autsayderə məğlubiyyəti şübhə doğurub.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, “Səbail” dörd qolu cəmi 17 dəqiqə ərzində buraxıb.
Məsələ AFFA-nın müvafiq qurumları tərəfindən nəzarətə götürülüb və oyunun detalları araşdırılacaq.
Səlcuq