“Putin o vaxt mənə yalan demişdi” - NATO baş katibi

NATO-nun baş katibi Mark Rutte Rusiya prezidenti Vladimir Putinə şəxsi münasibətini açıqlayıb. 

Jun 25, 2025 - 18:47
“Putin o vaxt mənə yalan demişdi” - NATO baş katibi

SAVASHMEDİA.az “The Guardian” nə.rinə istinadən xəbər verir ki, Rutte bu barədə NATO sammitinin toplantısından sonra danışıb. 

“Mən bu adama güvənmirəm. 2014-cü ilin iyulunda Rusiya tərəfindən vurulan “Malayziya Hava Yolları”na məxsus MH17 reysi ilə bağlı dəhşətli vəziyyət yarananda, əlbəttə ki, mən onunla şəxsən çox ünsiyyətdə oldum. Putin mənə dedi ki, (Rutte o zaman Niderlandın baş naziri idi – red.) Donbasda deyil və onun Ukraynada heç bir işi yoxdur və sair. Bunlar hamısı yalan idi”, - deyə baş katib xatırladıb.

O, əlavə edib ki, Putin indi çətin ki, xoşbəxtdir, çünki o, Qərbi parçalamaq istəyirdi, amma əvəzində NATO ölkələri müdafiə xərclərini artırır.

Xatirə SADİQ