Zelenski Trampla görüşünü belə qiymətləndirdi
NATO sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş olub.
SAVASHMEDİA.az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.
İki dövlət başçısı arasında arasında görüş NATO liderlərinin toplantısından və sammitin yekun qərarının dərc olunmasından qısa müddət sonra başlayıb.
“Новини.Live” və “Суспільне” yazıb ki, görüş 50 dəqiqə çəkib. Əvvəlcədən planlaşdırılsa da, ABŞ və Ukrayna prezidentlərinin görüşündən sonra brifinq ləğv olunub.
Lakin Zelenski “Telegram”da Trampla görüşü şərh edib.
“Prezident Trampla uzun və mənalı görüş. Biz həqiqətən bütün vacib məsələləri əhatə etdik. Mən cənab prezidentə təşəkkür edirəm, Birləşmiş Ştatlara təşəkkür edirəm. Biz atəşkəsə və həqiqi sülhə necə nail olmaq barədə danışdıq. İnsanlarımızı necə müdafiə etmək haqqında danışdıq. Sülhün yaxınlaşmasına kömək etmək üçün göstərilən diqqəti və istəyi yüksək qiymətləndiririk. Təfərrüatlar – sonra”, - deyə Ukrayna prezidenti bildirib.
Xatırladaq ki, iyunun 25-də səhər saatlarında Zelenski ilə gözlənilən görüşü şərh edən Tramp Ukraynanın durumunu, çətinlikləri və “görünəni müzakirə edəcəklərini” demişdi.
Xatirə SADİQ