Təyyarənin düşdüyü yerə gedən AzTV əməkdaşı ağır xəsarət aldı - Xəstəxanadadır

AzTV-nin Gürcüstan bürosunun əməkdaşı təyyarənin düşdüyü ərazidə xəsarət alıb.

Nov 12, 2025 - 12:46
Təyyarənin düşdüyü yerə gedən AzTV əməkdaşı ağır xəsarət aldı - Xəstəxanadadır

SAVASHMEDİA.az teleqraf-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Televizayasının (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 əyyarəsinin qəzaya düşdüyü ərazidə çəkiliş aparmaq istəyərkən xəsarət alıb.

"Dünəndən qəza olan ərazidəyik. Gecə bizi əraziyə buraxmadılar. Mən koordinatı dəyişdim. Azərbaycandan, Türkiyədən gələn jurnalistlər var idi. Həmin ərazidə görüntülər daha aydın düşürdü. Görüntüləri çəkdik. Ərazidə internet yox idi. Elə həmin ərəfədə baş verdi. Ayağımdan ağır xəsarət almışam. Hazırda Gürcüstandakı xəstəxanalardan birindəyəm. Əməliyyat olunmalıyam", - deyə R.Həsənov bildirib.

Ruslan Həsənov