Kürdəmirin icra başçısı vəzifəsindən azad edildi - Yeni vəzifə verildi

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Nov 12, 2025 - 13:26
Kürdəmirin icra başçısı vəzifəsindən azad edildi - Yeni vəzifə verildi

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Xatırladaq ki, E. İbrahimov bundan əvvəl Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olub.