"Tramp düz deyir, Putin həqiqətən Ukraynanı hədələyib" - Peskov

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla söhbətində həqiqətən də Moskvanın Kiyevin Rusiya aerodromlarına hücumuna cavab verəcəyini bildirib. 

Jun 5, 2025 - 14:45
"Tramp düz deyir, Putin həqiqətən Ukraynanı hədələyib" - Peskov

SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Həqiqətən belə bir bəyanatın olub-olmaması ilə bağlı suala Kremlin sözçüsü “Bəli, doğrudan da olub” cavabını verib.

Xatırladaq ki, Tramp rusiyalı həmkarı ilə telefon danışığından sonra “Putin çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücuma cavab verməli olacaq” açıqlamasını yayıb. 

Qeyd edək ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlarda yerləşən strateji aviasiya təyyarələrinə qarşı uğurlu əməliyyat keçirilib. Rusiya ərazisinə keçirilmiş dronlar vasitəsilə 41 təyyarə yararsız hala salınıb. 

Xatirə SADİQ