Tramp Lukaşenkodan 1300 məhbusun azad edilməsini istəyib - Özü açıqladı

ABŞ prezidenti Donald Tramp belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığında 1300 məhbusun azad edilməsi məsələsini müzakirə edib. 

Aug 15, 2025 - 19:52
Tramp Lukaşenkodan 1300 məhbusun azad edilməsini istəyib - Özü açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Lukaşenkoya zəng edərək 16 məhbusun azadlığa buraxılmasına görə təşəkkür edib və söhbət zamanı prezidentlər daha 1300 nəfərin də azadlığa buraxılmasını müzakirə ediblər.

"Yaxşı söhbətimiz oldu. Biz bir çox mövzuları, o cümlədən prezident Putinin Alyaskaya səfərini də müzakirə etdik", - Tramp yazıb. 

O əlavə edib ki, gələcəkdə Aleksandr Lukaşenko ilə görüşü səbirsizliklə gözləyir.

Səlcuq