Zelenskinin Kiyevdəki iqamətgahı vurulacaq? - Putin hədələdi
Rusiya Baş Qərargahı və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində “Oreşnik” zərbələri üçün hədəfləri seçir.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.
O, bu hədəflərin Kiyevdə qərar qəbul edilən mərkəzlərin ola biləcəyini istina etməyib. Aydındır ki, Putin "Kiyevdə qərar qəbul edilən mərkəzlər" dedikdə həm də Ukrayna prezidenti Volodimir Zelenskinin iqamətgahını nəzərədə tutur.
Putin bu fikrini Kiyevin Moskva və Sankt-Peterburqda dövlət əhəmiyyətli hədəfləri vurmağa çalışması və bu cəhdlərin davam etməsi ilə izah edib.
Putin iddia edib ki, Ukraynanın hazırkı hakimiyyəti seçkiyə getmədiyi üçün qəsbçidir: “Bu gün onlar tamamilə qeyri-legitimdirlər. Hüquqi nöqteyi-nəzərdən onların silahlı qüvvələrə əmr vermək hüququ belə yoxdur”.
O, nəzərə çatdırıb ki, Rusiyanın “Oreshnik”ə bənzər daha bir neçə kompleksi var və istifadəyə hazırdır.
Onun sözlərinə görə, “Oreşnik”in gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər.
Xatirə SADİQ