Lukaşenko bu raketlərin ölkəsində yerləşdirilməsini təklif edib
Belarus prezidenti Aleksandr Lukaşenko guya zarafatla rusiyalı həmkarı Vladimir Putinə “Oreşnik” orta mənzilli ballistik raketləri rəhbərlik etdiyi ölkənin ərazisində yerləşdirməyi təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Mən burada “böyük qardaşa” zarafatla dedim: “Yerləşdirilmə üçün məkanlar hazırdır. Nə vaxt?”, - deyə Likaşenko bildirib.
Onun sözlərinə görə, “Oreşnik”in Belarusda yerləşdirilməsi ilə bağlı suala Putin “fikirləşərik” cavabnı verib.
Lukaşenko bu ballistik raketlərin İttifaq dövlətinin təhlükəsizliyi üçün əhəmiyyətini də qeyd edib.
Xatirə SADİQ