“NATO və Aİ bizə qarşı müharibə aparır” - Lavrov
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) “Ukraynanın əli ilə” Rusiyaya qarşı müharibə aparır.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutan G20 xarici işlər nazirlərinin görüşü zamanı bildirib.
Çıxışını kağızdan oxuyan Lavrovun fikrincə, Qərb öz “neokolonialist ambisiyalarına” nail olmaq üçün BMT Nizamnaməsi prinsiplərindən imtina edib. Bunun nəticəsində “qlobal qeyri-sabitlik artıb və regional münaqişələr genişlənib”.
Lavrov belə regional münaqişənin başqa nümunəsi kimi “Yaxın Şərqdə eskalasiyanı” göstərib. Onun sözlərinə görə, hazırda Qəzza zolağında quru əməliyyatı keçirən İsrailin təcavüzkar siyasət yürüdür, regionda on və ya yüz minlərlə insan itkisi ilə “görünməmiş humanitar fəlakət” törədir.
“İsrailin heç bir qonşusu özünü təhlükəsiz hiss edə bilməz, biz bunu hər gün görürük”, - deyə Ukrayna torpaqlarını qeyri-qanuni şəkildə işğal edən ölkənin naziri iddia edib.
Xatirə SADİQ