Respublikaçılar Nümayəndələr Palatasında da üstünlüyü əldə etdilər

Respublikaçılar ən azı 218 mandat qazanaraq, ABŞ Nümayəndələr Palatasına nəzarət etmək üçün çoxluğu əldə ediblər. 

Nov 15, 2024 - 00:32
Respublikaçılar Nümayəndələr Palatasında da üstünlüyü əldə etdilər

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Məlumatda deyilir ki, bu, Donald Trampın seçkilərdə qalib gəlməsi və Senatda çoxluğu əldə etməsindən sonra Respublikaçılar Partiyasının uğurunu möhkəmləndirib. 

İndi respublikaçı liderlər hesab edirlər ki, Trampın təşəbbüslərini tez həyata keçirə biləcəklər.

Yeni seçilmiş prezident ölkə tarixində qeyri-leqal mühacirlərin ən böyük deportasiyasını həyata keçirəcəyini, vergi güzəştlərini genişləndirəcəyini, siyasi rəqiblərin ilə üzləşəcəyini, federal hökumətin alətlərini nəzarətə götürəcəyini və Amerika iqtisadiyyatına dəyişikliklər edəcəyini vəd edib. 

Respublikaçıların Nümayəndələr Palatasında və Senatda qələbəsi Konqresin bu istiqamətdə fəal iştirak edəcəyindən və demokratların buna mane olmaq imkanının olmadığından xəbər verir. 

2016-cı ildə Tramp prezident seçiləndə respublikaçılar Konqresə də nəzarəti ələ almışdılar, lakin o zaman 45-ci prezident bəzi respublikaçı konqresmenlərin, eləcə də əksəriyyətinin liberallar olduğu Ali Məhkəmənin müqaviməti ilə üzləşmişdi.

İndi vəziyyət dəyişib. Ağ Evə qayıdan Tramp özünün təyin etdiyi üç nəfər də daxil olmaqla, “Amerikanı yenidən möhtəşəm et” hərəkatı ilə tamamilə dəyişdirilmiş Respublikaçılar Partiyası və mühafizəkar ədalət mühakimələrinin üstünlük təşkil etdiyi Ali Məhkəmə ilə birgə işləyəcək. 

Xatirə SADİQ