Gürcüstanda müxalifət lideri həbs edildi
Terror törətməyə cəhddə ittiham olunan müxalif "Lelo - Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
SAVASHMEDİA.az xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Bildirilib ki, A. Elisaşvili Gürcüstan Cinayət Məcəlləsinin 19-323-cü maddəsinin birinci hissəsi ilə ittiham olunur, bu maddə terror aktı törətməyə cəhdi nəzərdə tutur və 10-15 il həbs cəzası ilə cəzalandırılır.
Xatırladaq ki, Aleko Elisaşvili Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhdə görə saxlanılıb.
Aytən