Mask “USAİD”-i bitirir – “Onun ölmək vaxtıdır”

Son bir həftə ərzində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 100-ə yaxın əməkdaşı inzibati məzuniyyətə göndərilib.

Feb 3, 2025 - 07:38
Mask “USAİD”-i bitirir – “Onun ölmək vaxtıdır”

SAVASHMEDİA.az bu barədə “Reuters”ə istinadən xəbəbr verir. 

“Reuters üç mənbəyə istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bu addımı agentliyi müstəqillikdən məhrum etmək və onu Dövlət Departamentinin nəzarəti altına almaq məqsədi ilə atır. 

Mənbələrin sözlərinə görə, agentliyin təhlükəsizlik əməliyyatlarına nəzarət edən iki yüksək vəzifəli məmur məxfi sənədləri İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşlarına verməkdən imtina etdikdən sonra inzibati məzuniyyətə göndərilib. 

Bundan başqa, qanunvericilik və ictimai əlaqələr məsələləri üzrə büroda çalışan 30-a yaxın karyera əməkdaşı öz elektron poçtuna girişdən məhrum olunub. Eyni zamanda, “USAID”in internet saytı fevralkın 1-dən fəaliyyət göstərmir.

“Reuters” beş mənbəyə istinadən bildirir ki, Tramp administrasiyasının aparat rəhbəri vəzifəsinə seçdiyi Mett Hopson artıq istefa verib. Konqresdəki mənbə bildirib ki, onun istefası təhlükəsizlik işçilərinin məzuniyyətə göndərilməsindən sonra baş verib.

Qeyd edilib ki, bu təmizləmə “USAID”də bir həftədən çox davam edən xaosdan sonra həyata keçirilir.

“Reuters” nəzərə çatdırıb ki, Tramp geniş nəzarət səlahiyyətlərinə malik federal xərclərin azaldılması üzrə işçi qrupuna rəhbərlik etmək üçün Maska müraciət edib. DOGE nümayəndələri tez-tez “USAID”in Vaşinqtondakı mənzil-qərargahına baş çəkirlər.

Bu arada Mask “X” platformasında heç bir sübut gətirmədən “USAİD”i “cinayətkar təşkilat” olmaqda ittiham edib. 

Sonra Mask belə yazıb: “Onun ölmək vaxtıdır”.

“Reuters” xatırladıb ki, “USAİD” dünya üzrə münaqişə zonalarında qadınların sağlamlığından tutmuş təmiz suya çıxış, HİV/QİÇS-lə müalicə, enerji təhlükəsizliyi və antikorrupsiya işlərinə qədər müxtəlif proqramları maliyyələşdirir. 

Xatirə SADİQ