Putin azərbaycanlını təltif etdi - Ölümündən sonra
Rusiya prezidenti Vladimir Putin “Crocus City Hall”da törədilən terror aktı zamanı insanları yanğından qoruyan Vüqar Hüseynovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.
SAVASHMEDİA.az xəbər verir ki, əslən azərbaycanlı olan Vüqar Hüseynov “vətəndaş borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə” təltif edilib.
22 mart 2024-cü ildə Crocus City Hallda Piknik qrupunun konserti zamanı terror aktı baş verdi. Bir qrup silahlı şəxs binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Hücum nəticəsində 145 nəfər həlak olub, 500-dən çox insan yaralanıb, konsert zalı dağıdılıb.
Hadisəyə görə 18 nəfər həbs edilib.
Oğuz
Vüqar Hüseynov