Sabah saat 08:00-dan bu ərazilərdə... – XƏBƏRDARLIQ!

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək.

Jul 21, 2026 - 21:15
Sabah saat 08:00-dan bu ərazilərdə... – XƏBƏRDARLIQ!

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər başa çatanadək Qaradağ rayonunun Səngəçal, Umbakı və Əzimkənd qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.