"Neftçi"nin sabiq prezidenti dünyasını niyə dəyişib?

“Neftçi” PFK-nın sabiq prezidenti Sadıq Sadıqov vəfat edib.

Jun 5, 2026 - 23:16
"Neftçi"nin sabiq prezidenti dünyasını niyə dəyişib?

SAVASHMEDİA.az xəbər verir ki, bu gün dünyasını dəyişən 61 yaşlı funksionerin meyiti yaxınları tərəfindən aşkarlanıb.

Sosial mediada yayılmış iddiaya görə, Sadıq Sadıqov son illər maddi vəziyyətinin ağırlaşması səbəbindən depressiv ovqatda olub. Onun hətta günlərlə evdən çölə çıxmadığı bildirilir. 

Onun ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Sadıq Sadıqov 2009–2015-ci illərdə “Neftçi” PFK-nın prezidenti olub. Onun rəhbərliyi dövründə klub 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.

Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.

Oğuz