“Fast-fud bəlkə də ən düzgün qidadır” - Trampdan "qoz kimiyəm" AÇIQLAMASI
ABŞ Prezidenti Donald Tramp sağlamlıq və qidalanma mövzusunda maraqlı açıqlamalar verib.
SAVASHMEDİA.az xəbər verir ki, o, özünü çox sağlam hiss etdiyini deyərək bunu qidalanma tərzi ilə əlaqələndirib.
Tramp bildirib ki, bəzən səhhətində problem yaransa da, ümumilikdə özünü “50 il əvvəlki kimi” hiss edir:
“Əlbəttə, özümü yaxşı hiss etmədiyim günlər də olur. Belə anlarda səhiyyə naziri Bobbiyə müraciət edirəm. Amma ümumən özümü 50 il əvvəlki kimi hiss edirəm. Niyəsini özüm də bilmirəm. Yəqin, qidalanmağıma görədir”.
O, düzgün qidalanma anlayışının hər kəs üçün fərqli olduğunu da vurğulayıb:
“Kim nə bilir düzgün qidalanma necə olmalıdır? Bəlkə fast-fud elə ən düzgün qidadır, qalanları şlakdır?”
Tramp sadə yeməklərə üstünlük verdiyini bildirib:
“Mənim steykimi verin, vəssalam. Çəkisinə nəzarət edən çox adam tanıyırdım, hamısı buynuzlarını yerə qoyublar. Mən isə qoz kimiyəm!”
Oğuz