Millinin oyununa görə sabah işə gec gələcəklər - Özbəkistan prezidentindən QƏRAR

2026-cı il Dünya Çempionatında ilk dəfə iştirak edəcək Özbəkistan millisinin debüt oyunu ölkədə xüsusi maraqla gözlənilir.

Jun 17, 2026 - 23:24
Millinin oyununa görə sabah işə gec gələcəklər - Özbəkistan prezidentindən QƏRAR

SAVASHMEDİA.az xəbər verir ki, ölkə prezidenti Şavkat Mirziyoyev Kolumbiya ilə keçiriləcək ilk matç münasibətilə dövlət qurumlarında iş vaxtının gec başlamasına icazə verib.

Özbəkistan vaxtı ilə səhər saat 07:00-da start götürəcək qarşılaşmaya görə dövlət işçiləri sabah işə saat 10:00-da başlayacaqlar.

Qeyd edək ki, Özbəkistan dünya çempionatındakı ilk sınağında Kolumbiya ilə üz-üzə gələcək. Komandanın qrupdakı digər rəqibləri isə Portuqaliya və Konqo Demokratik Respublikasıdır.

Oğuz