Ərdoğandan məğlub Türkiyə millisinə KRİTİK MESAJ - Futbolçulardan nə istədi?

Prezident Rəcəb Tayyib Ərdoğan Dünya Çempionatı çərçivəsində keçirilən matçda Avstraliyaya 0-2 hesabı ilə məğlub olan Türkiyə millisinə dəstək olub.

Jun 17, 2026 - 18:51
Ərdoğandan məğlub Türkiyə millisinə KRİTİK MESAJ - Futbolçulardan nə istədi?

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə prezidenti gənclik və idman naziri Osman Aşkın Bak vasitəsilə milli komandaya mesaj göndərib. 

Ərdoğanın kritik mesajını Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu şəxsən özü millinin baş məşqçisi Vinçenzo Montella və futbolçulara çatdırıb.

Ərdoğan mesajında hələ heç nəyin bitmədiyini, mübarizəyə davam etmək lazım olduğunu diqqətə çatdırıb:

“Başınızı dik tutun! Əhvalınızı pozmayın. Yaxşı mübarizə apardınız. İnşallah növbəti oyunlarda qalib gələrək yolumuza davam edəcəyik. Hamınıza salamlarım var, gözlərinizdən öpürəm”.

Xatırladaq ki, Türkiyə millisi iyunun 14-də Avstraliya ilə qarşılaşaraq 0-2 hesabı ilə məğlub olub. “Ay-ulduzlu”lar 20 iyunda (Bakı vaxtı ilə 07:00) Paraqvay millisi ilə, 26 iyunda (Bakı vaxtı ilə 06:00) isə ABŞ ilə qarşılaşacaqlar.

Banu