Özgür Özəl CHP ilə belə VİDALAŞDI - Çıxışın MƏTNİ

CHP-nin keçmiş sədri Özgür Özəl partiyasının parlamentdə keçirilən son qrup toplantısında çıxış edərək silahdaşları ilə vidalaşıb.

Jul 21, 2026 - 18:07
Özgür Özəl CHP ilə belə VİDALAŞDI - Çıxışın MƏTNİ

SAVASHMEDİA.az xəbər verir ki, o, çıxışı zamanı yeni siyasi partiya yaradacaqlarını da rəsmən elan edib.

Özgür Özəl bildirib ki, yeni partiyanın təsisi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir və rəsmi prosedurlara sabahdan başlanılacaq.

"Yeni partiyamızı qururuq. Texniki prosedurlar başa çatan kimi təsis prosesinə başlayacağıq. Sabah bunun üçün ilk addımı atacağıq. Bu gün bu kürsüdən son dəfə çıxış edirəm. Amma bu, müxalifət mübarizəsindən geri çəkildiyimiz anlamına gəlmir. Əksinə, mübarizəmizi yeni siyasi platformada davam etdirəcəyik", – deyə Özəl bildirib.

O, yeni siyasi hərəkatın qısa müddətdə formalaşacağını, CHP sıralarından çox sayda siyasətçi və deputatın bu təşəbbüsə qoşulacağına inandığını da vurğulayıb.

CHP-də böhran məhkəmənin partiyanın 2023-cü il qurultayını etibarsız hesab etməsi və keçmiş sədr Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbəri kimi tanınmasından sonra daha da dərinləşib. Bundan sonra Özgür Özəl və tərəfdarları yeni siyasi hərəkat yaratmaq qərarına gəliblər.

Beynəlxalq KİV-lərin məlumatına görə, Özgür Özəlin yaratdığı partiyaya CHP-dən çox sayda deputatın qoşulacağı gözlənilir. 

Oğuz