Panik atakı yüngülləşdirən təbii çaylar - Siyahı

Çağımızın bəlası olan panik atak tutmalarını yüngülləşdirmək üçün təbii çaylardan istifadə etmək olar. Bu çaylar qorxunu, narahatlığı aradan qaldırır, əsəbləri sakitləşdirir və gərginliyi azaldır.

May 13, 2025 - 17:45
May 13, 2025 - 17:47
Panik atakı yüngülləşdirən təbii çaylar - Siyahı

SAVASHMEDİA.az həmin çayları oxucularının diqqətinə çatdırır:

Melissa (Bədrənc) çayı

Bu çay əsəbləri sakitləşdirir, ürək döyüntüsünü normaya salır, qorxu və narahatlığı götürür, yuxusuzluğu aradan qaldırır. Gözəl qoxusu var.

Gündəlik doza: 1-2 stəkan yatmazdan bir saat əvvəl, tutma anında, stressli anlarda içmək məsləhətdir.

Hazırlanması: 1 çay qaşığı quru melissa yarpağını 1 stəkan qaynar suda 10 dəqiqə dəmləyin. Süzüb ilıq halda için.

Valeriana (Pişikotu) çayı

Güclü sakitləşdirici və yuxuverici təsirə malikdir. Panik atak zamanı yaranan narahatlığı və ürək döyüntüsünü azaldır.

Gündəlik doza: Yalnız 1 dəfə, yatmazdan əvvəl qəbul etmək lazımdır. Həddindən artıq istifadəsi süstlük yarada bilər.Dadı acı olduğu üçün içinə bal da əlavə edə bilərsiniz.
Hazırlanması: 1 çay qaşığı valeriana kökünü 1 stəkan qaynar suda 10-15 dəqiqə dəmləyin. Süzüb ilıq halda için.

Lavanda çayı

Lavanda çayının qoxusu belə insan sakitləşdirir. Panik atakın verdiyi baş ağrısını, əzələ gərginliyini azalda bilir. Allergiyası olanlar üçün məsləhət deyil. Lavanda başgicəllənmə yarada bilər.

Gündəlik doza: Axşamlar 1 stəkan içilməsi məsləhətdir. 
Hazırlanması: 1 çay qaşığı lavanda çiçəyini 1 stəkan qaynar suya əlavə edib 5-7 dəqiqə dəmləyin.Süzüb ilıq halda için.

Çobanyastığı (romaşka) çayı

Min bir dərdin dərmanı olan çobanyastığı həm də təbii sakitləşdiricidir. Gərginliyi azaldır, yuxu keyfiyyətini artırır. Tərkibindəki əsas maddə olan apigenin beyin reseptorlarını sakitləşdirir.

Gündəlik doza: 1-2 stəkan, xüsusilə də axşamlar içilməsi məqsədəuyğundur.
Hazırlanması: 1 çay qaşığı quru çobanyastığını 1 stəkan qaynar suya tökün. 5-10 dəqiqə dəmləyin, süzün və isti halda için.

Passiflora (Qonaqotu) çayı

Güclü təbii sakitləşdiricidir. Panik atak, əsəb pozğunluğu və yuxusuzluq hallarına qarşı istifadə olunur.

Gündəlik doza: 1-2 dəfə və həkim məsləhəti ilə içməkdə fayda var.
Hazırlanması: 1 çay qaşığı passiflora otunu 1 stəkan qaynar suda 10 dəqiqə dəmləyin. Süzüb ilıq halda için.

Yarpız və Nanə Çayı

Əsəb gərginliyinə yaxşı təsir edir. Narahatlıq və qorxunu keçirə bilir.

Gündəlik doza: 1-2 stəkan yeməkdən sonra və ya stressli anlarda.
Hazırlanması: 1 çay qaşığı quru nanəni və ya yarpızı 1 stəkan qaynar suda 5-10 dəqiqə dəmləyin. Süzüb için.

Banu