FİFA prezidentinin Trampla əlaqələri araşdırılacaq - Rəsmi şikayət + TƏFƏRRÜAT
FİFA prezidenti Canni İnfantinodan Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Etika Komissiyasına şikayət edilib.
SAVASHMEDİA.az xəbər verir ki, şikayətə səbəb İnfantinonun ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri və onun Dünya Çempionatının gedişinə mümkün müdaxilə ehtimallarıdır.
Şikayəti idman və insan haqları sahəsində fəaliyyət göstərən "FairSquare" təşkilatı təqdim edib. Təşkilat hesab edir ki, İnfantino siyasi neytrallıq prinsipini pozub və buna görə də məsələ IOC-nin Etika Komissiyası tərəfindən araşdırılmalıdır.
İddialar ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı kartının ləğvindən sonra gündəmə gəlib. Donald Tramp həmin məsələ ilə bağlı İnfantino ilə danışdığını açıqlamışdı.
"FairSquare" bildirib ki, FİFA prezidenti siyasi fiqurlarla münasibətlərində daha ehtiyatlı davranmalıdır. Təşkilatın fikrincə, bu cür əlaqələr beynəlxalq idmanda qərəzsizlik prinsipi ilə bağlı suallar yaradır.
Hələlik nə FİFA, nə də Beynəlxalq Olimpiya Komitəsi şikayətlə bağlı rəsmi mövqe açıqlayıb.
Səlcuq