"Təyyarəni yerə endirib, Putini tutacağıq" - RƏSMİ TƏHDİD + Macarıstana getməyəcək?
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, Sikorski bu barədə “Radio Rodzina”ya danışıb.
O, Macarıstanda keçiriləcək ABŞ və Rusiya dövlət başçılarının sammitinə gedəcək təyyarənin ölkəsinin hava məkanından keçməməsi barədə Putinə xəbərdarlıq edib:
“Müstəqil Polşa məhkəməsinin hökumətə belə bir təyyarəni endirmək və şübhəlini Haaqa məhkəməsinə təhvil verməyi əmr etməyəcəyinə zəmanət verə bilmərəm”, - nazir qeyd edib.
Sikorski əlavə edib ki, Rusiyanın bunun fərqində olduğunu düşünür və təyyarənin fərqli marşrut seçəcəyini gözləyir. (publika)