Rusiya əsir jurnalistin meyitini Ukraynaya qaytardı
Rusiya əsirliyində dünyasını dəyişən jurnalist Viktoriya Roşinanın meyiti Ukraynaya qaytarılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Censor.net saytına müsahibəsində Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenko bildirib.
“Onun cəsədi bu ilin fevral ayının sonunda repatriasiya çərçivəsində geri qaytarılıb. Onun kimliyi DNT testi vasitəsilə müəyyən edilib”, - deyə nazir müavini əlavə edib.
Ukrayna KİV-I qeyd edir ki, jurnalist Viktoriya Roşina iki dəfə Rusiya işğalçılarının əsirliyində olub.
jurnalist Viktoriya Roşina
Genişmiqyaslı müharibənin başlanğıcında jurnalist Zaporojye və Donetsk vilayətlərində hərbi əməliyyatlar haqqında materiallar hazırlayırdı. 2022-ci il martın 12-də onunla əlaqə kəsilib və martın 16-da məlum olub ki, Roşina Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
22 mart 2022-ci ildə jurnalist azadlığa buraxılıb. Amma bundan sonra da Roşina işğal olunmuş ərazilərdə fəaliyyətini davam etdirib.
O, 3 avqust 2023-cü ildə işğalla bağlı hesabat hazırlayarkən yoxa çıxıb. Bu ilin may ayında Rusiya Federasiyası onu əsir saxladığını etiraf etdi. Ötən ilin oktyabrında məlum oldu ki, jurnalist vəfat edib.
Xatirə SADİQ