Hərbçilərin maaşı nə qədər artacaq? - MƏBLƏĞ

Azərbaycanda hərbçilərin əməkhaqlarının artırılması ilə bağlı yeni dəyişiklik təklif olunur.

Sep 25, 2026 - 12:44
Hərbçilərin maaşı nə qədər artacaq? - MƏBLƏĞ

SAVASHMEDİA.az xəbər verir ki, Milli Məclisin komitəsində müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8 faiz artacaq.

Dəyişikliyə əsasən, vəzifə maaşı rütbə maaşı ilə əvəzlənəcək və rütbə maaşının xüsusi çəkisi 70 faizə çatdırılacaq.

Layihədə hərbçilərin pensiyalarının hesablanması ilə bağlı yeni yanaşma da nəzərdə tutulur. Pensiya məbləği fərdi şəxsi hesabda qeydə alınan pensiya kapitalı əsasında formalaşacaq.

Səlcuq