Su məmuru Rafiq Aslanovun oğlu İngiltərə vətəndaşlığı aldı - 3.22 milyonluq ƏMLAK
Su məmurunun oğlunun İngiltərədə 1,43 milyon funt sterlinq dəyərində əmlak yatırımı etdiyi iddia olunur.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə sosial şəbəkədə paylaşım edib.
Jurnalistin yazdığına görə, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun oğlu Afiq Aslanov İngiltərə vətəndaşlığı alıb.
C.Həsənlinin məlumatına əsasən, Afiq Aslanov Londonda ümumi dəyəri 1,43 milyon funt sterlinq, təxminən 3,22 milyon manat olan daşınmaz əmlaka investisiya yatırıb.
Oğuz