Hər 100 manatın 2,1 manatı... - Banklarda nə BAŞ VERİR?
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 721,8 milyon manata çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sentyabrın 1-nə ölkədə vaxtı keçmiş kreditlərin həcmi 721,8 milyon manat təşkil edib.
Bu məbləğ son bir ildə 36 faiz, ilin əvvəlindən isə 37,6 faiz artıb. Avqust ayı ilə müqayisədə isə problemli kreditlər 1,7 faiz azalıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 2,1 faiz təşkil edib. Ötən ilin sonunda bu göstərici 1,6 faiz olub.
Yəni bankların verdiyi hər 100 manat kreditin təxminən 2,1 manatı vaxtında qaytarılmayan kreditlərin payına düşür.
Aytən