İki məşhur həkimin Dambrauskasla bağlı xoş olmayan YAZIŞMASI YAYILDI - FOTOLAR
“Liv Bona Dea” Hospitalının uroloqu Elbəyi Daşdəmirli ilə Mərkəzi Klinikanın travmatoloqu Yasin Haxverdiyevin sosial şəbəkədəki yazışması narazılığa səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, E.Daşdəmirli “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla fotosunu paylaşıb.
Həmin paylaşıma şərh yazan Y.Haxverdiyev isə noyabrın 25-də keçiriləcək “Sabah”-“Barselona” oyununa eyham vuraraq, alman məşqçi Hans Flikin Dambrauskasa prostat müayinəsi aparacağını yazıb.
E.Daşdəmirli isə “Elə həmin oyuna hazırlayıram” cavabını verib. Bununla da baş məşqçinin onun pasiyenti olduğu və tibbi müalicə aldığı barədə məlumat ictimailəşib.
Yazışma sosial şəbəkə istifadəçiləri arasında pasiyent məxfiliyinin pozulması ilə bağlı müzakirələrə səbəb olub.
Oğuz