İsrailli dirijorun rəhbərlik etdiyi orkestrin konserti ləğv olundu – Belçikada

Almaniyanın mədəniyyət naziri Volfram Veymer Münhen Filarmoniya Orkestrinin Belçikanın Flandriya festivalındakı konsertinin ləğvini “Avropa üçün biabırçılıq” adlandırıb.

Sep 11, 2025 - 15:23
İsrailli dirijorun rəhbərlik etdiyi orkestrin konserti ləğv olundu – Belçikada

SAVASHMEDİA.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, orkestri israilli dirijor Lahav Şani idarə etməli imiş.

“France-Press” agentliyi (AFR) xəbər verir ki, orkestrin Belçikada çıxışı sentyabrın 18-də baş tutmalı idi.

Festivalın təşkilatçıları konsertin ləğvini İsrail hökumətinin siyasəti ilə bağlı “Şaninin öz mövqeyinə kifayət qədər aydınlıq gətirmədiyi” ilə izah ediblər. Onlar etiraf ediblər ki, Şani dəfələrlə sülh və barışıq uğrunda çıxışlar edib, lakin Qəzzada mövcud vəziyyət “emosional reaksiyalara” səbəb olur, onların məqsədləri isə festivalın “sakit atmosferini qorumaq”dır.

Belçikanın xarici işlər naziri Maksim Prevost festival təşkilatçılarının qərarından məsafə saxlayaraq bunu “həddindən artıq” adlandırıb. O qeyd edib ki, yəhudi icmasını və İsrail vətəndaşlarını İsrailin baş naziri Binyamin Netanyahunun siyasəti ilə qarışdırılmaq olmaz.

Lahav Şani rəsmi olaraq 2026–2027-ci illər mövsümü üçün Münhen Filarmoniyasının baş dirijoru vəzifəsini icra edəcək. Hazırda o, İsrail Filarmoniya Orkestrinin musiqi direktoru vəzifəsində çalışır. 

Xatırladaq ki, yeddi il ərzində Münhen Filarmoniya Orkestrinə rusiyalı dirijor Valeri Gergiev rəhbərlik edib. O, Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyinə görə bu vəızifədən çıxarılıb.

Xatirə SADİQ

dirijor Lahav Şani