Bir nəfərin neçə bank kartı ola bilər? - Limit QOYULDU + RƏSMİ

Azərbaycan Banklar Assosiasiyası (ABA) ödəniş kartlarının və elektron pul hesablarının sayına tətbiq edilən limitlərlə bağlı açıqlama yayıb.

Sep 24, 2026 - 22:39
Bir nəfərin neçə bank kartı ola bilər? - Limit QOYULDU + RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, mövcud qaydalara əsasən, əməkhaqqı, pensiya və sosial ödəniş kartları istisna olmaqla, bankın hər bir kart məhsulu üzrə milli və xarici valyutada bir ödəniş kartı nəzərdə tutulur.

Elektron pul hesabları üzrə isə baza limitləri milli valyutada 2, xarici valyutada isə hər valyuta üçün 1 hesabdır.

ABA bildirib ki, bu rəqəmlər sərt qadağa deyil. Müştəri kart və ya hesabdan istifadə məqsədini əsaslandıra bilirsə və əməliyyatlar risk yaratmırsa, bank həmin limitləri artıra bilər.

Assosiasiyanın sözlərinə görə, məqsəd vətəndaşların ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, maliyyə risklərini daha effektiv idarə etmək və təhlükəsiz ödəniş mühiti yaratmaqdır.

Aytən