Azərbaycanda bahalaşan siqaretlərin siyahısı - Yeni qiymətlər
Azərbaycanda siqaret bahalaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, hazırda market və köşklərdə bir qutu siqaret əvvəlki günlərlə müqayisədə 20 qəpik baha satılır.
Ən çox tələbat olan "Kent" siqareti 4 manat 20 qəpikdən 4 manat 40 qəpiyə, "Sobranie" 4 manat 50 qəpikdən 4 manat 70 qəpiyə, "Winston" isə 4 manatdan 4 manat 20 qəpiyə qalxıb.
Köşklərdə qiymət daha bahadır. Məsələn, "Sobranie" 4 manat 90 qəpiyə təklif olunur. Siqaretlərin market və köşklərdə satış qiyməti arasında əvvəllər də fərq olub.