“Ekipaj”ın rejissoru vəfat etdi

Tanınmış kinorejissor və ssenarist Aleksandr Mitta ömrünün 93-cü ilində vəfat edib. 

Jul 14, 2025 - 12:57
“Ekipaj”ın rejissoru vəfat etdi

SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”na istinadən xəbər verir. 

Atasının ölüç xəbərini oğlu Yevgeni sosial şəbəkədə paylaşıb: “Mənim əziz atam bu gün dünyasını dəyişdi. Sevirik və kədərlənirik”.

Mitta (əsl soyadı – Rabinoviç) “Alış, alış, mənim ulduzum”, “Ekipaj”, “Çar Pyotrin ərəbi necə evləndirdiyi haqqında nağıl” kimi məşhur filmlərin rejissorudur.

Mittanın “Zəng edirlər, qapını açın” filmi Venesiyada keçirilən Beynəlxalq Uşaq Filmləri Festivalında “Müqəddəs Markın Qızıl Aslanı” mükafatına layiq görülüb.

Mitta bir neçə filmdə, o cümlədən rejissor Marlen Xutsievin “İlyiçin zastavası” və “İyul yağışı” filmlərində epizodik rollar oynayıb.

Ümumittifaq Dövlət Kino İnstitutunun məzunu olan Aleksandr Mitta məşhur rejissor Mixail Rommın sinfini bitirib. 20 il ərzində “Ssenari müəllifləri və rejissorlar üçün ali kurslar”a rəhbərlik edib. 

Xatirə SADİQ