Putinin “adamı” ABŞ ilə konstruktiv dialoqdan dəm vurdu
“Rusiya ilə ABŞ arasında konstruktiv dialoq qabaqcadan uğursuzluğa məhkum olunmuş təzyiq cəhdlərindən səmərəlidir”.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev öz Telegram kanalında yazıb.
“Bu dialoq – bütün mümkün vasitələrlə onu pozmaq üçün titanik cəhdlərə baxmayaraq – davam edəcək. [ABŞ-nin keçmiş prezidenti Co] Baydenin səhv yanaşmaları öz əsassızlığını nümayiş etdirdi. Onun yalanları əbədi deyil – o düzəldilməlidir və düzəldiləcək. Bu, Amerika tərəfinin Rusiyanın qanuni maraqlarını anlamağa çalışdığı prosesdir”, - deyə o, özünə təsəlli verib.
Dmitriev onu da qeyd edib ki, “bərabər dialoq, qarşılıqlı hörmət, gerçəklik və iqtisadi əməkdaşlıq qlobal təhlükəsizliyin və davamlı sülhün əsasıdır”.
Maraqlıdır ki, Rusiya-ABŞ danışıqlarında “Putinin adamı” kimi iştirak etmiş Dmitriyev bu postunu Amerika prezidenti Donald Trampın Rusiya ilə bağlı mühüm bəyanatla çıxış edəcəyi ərəfədə yazılıb.
Xatirə SADİQ