Deputat gecə saatlarında qadının evində döyüldü - VİDEOSU YAYILDI 

Türkiyənin Ədirnə şəhərində CHP-dən olan millət vəkili Ahmet Baran Yazgan döyülüb.

Aug 14, 2026 - 01:21
Deputat gecə saatlarında qadının evində döyüldü - VİDEOSU YAYILDI 

SAVASHMEDİA.az xəbər verir ki, hadisə avqustun 13-də Ədirnədə mənzillərdən birində baş verib. 

Gecə saatlarında mənzildən gələn qışqırıq səsləri polis müdaxiləsinə səbəb olub. Deputat döyüldüyünü, telefonunun əlindən alındığını və hadisənin videoya çəkildiyini bildirərək şikayətçi olub. Onun telefonu daha sonra evdə soyuducunun altında tapılıb.

Mənzildə olan iki qadın və bir kişi isə ifadələrində mübahisənin Yazganın qadınlardan birinə qarşı seksual xarakterli ifadələr işlətməsindən sonra başladığını deyiblər.

Hadisə zamanı çəkilən təxminən 11 dəqiqəlik video polisə təqdim edilib və istintaq materiallarına əlavə olunub. Videoda deputatın döyüldüyü, ağır söyüşlərlə söyüldüyü görünür.

Hadisə ilə əlaqədar saxlanılan üç nəfər ifadələri alındıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Qalmaqaldan dərhal sonra CHP rəhbərliyi də hərəkətə keçib. Partiyadan Yazganın izahat verməsi üçün baş qərargaha çağırıldığı açıqlanıb.

Aytən

Həmin görüntüləri təqdim edirik: