Məşhur aktyor xərçəng xəstəliyindən öldü - FOTOLAR
Britaniyanın məşhur teatr və kino aktyoru Norman Eşli vəfat edib.
SAVASHMEDİA.az xəbər verir ki, Norman Eşli xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Mənecerinin yaydığı məlumata görə, aktyor müalicə aldığı xəstəxanada həyatını itirib.
80 yaşlı aktyor səhnəyə ilk addımlarını Uilyam Şekspirin pyeslərində oynadığı rollarla atıb.
1968-ci ildən filmlərə və seriallara çəkilməyə başlayıb. N. Eşli "The Immortal Story" (Ölümsüz hekayə) adlı filmdə və “Warship” (Döyüş gəmisi), “George and Mildred” (Corc və Mildred) adlı seriallarda rol alıb.
Banu
Fotolarda: Norman Eşli