ATƏT rəsmisindən Gürcüstana qarşı demarş – səfər ertələndi

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana planlaşdırılan 8 – 10 yanvar tarixli səfərini ertələyib.

Jan 6, 2025 - 15:35
ATƏT rəsmisindən Gürcüstana qarşı demarş – səfər ertələndi

SAVASHMEDİA.az xəbər verir ki, Kauma bu barədə “X” platformasında yazıb. 

Kauma bildirib ki, o, Gürcüstana səfərini “ATƏT-in iştirakının ən təsirli olacağı” vaxta qədər təxirə salmaq qərarına gəlib.

“Biz bütün səsləri dinləməyə və ATƏT/DTİHB tövsiyələrinin yerinə yetirilməsində kömək təklif etməyə hazırıq”, - deyə o, vurğulayıb.

Gürcüstanın eks-prezidenti Salome Zurabişvili bu addımı “müdrik qərar” adlandırıb. 

“Gürcüstan xalqı gürcü demokratiyasının narahatlığını və ümidlərini nəzərə aldığınız üçün sizə minnətdardır, Biz hər zamankindən daha çox ATƏT-ə ehtiyac duyuruq! Və yeni seçkilərə!”, - deyə Zurabişvili əlavə edib. 

Xatirə SADİQ