Putinin təyyarəsi Alyaskaya yola düşdü
Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə uçub.
SAVASHMEDİA.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentini daşıyan təyyarənin Alyaskaya yerli vaxtla düz 11:00-da enəcəyini deyib.
Peskov qeyd edib ki, Alyaskaya uçuş zamanı Putin qarşıdan gələn sammitin müxtəlif mövzuları - Ukrayna nizamlanmasından tutmuş Rusiya-Amerika münasibətlərində gərginlik yaradan məsələlərə qədər materiallar üzərində işləyəcək.
Onun sözlərinə görə, bu, mümkün iqtisadi əməkdaşlıq layihələri, regional və beynəlxalq məsələlər daxil olmaqla genişspektrli məsələlər toplusudur.